15 C
Baku
Tuesday, April 30, 2024

“Unibank” ilin ilk rübündə xalis mənfəət açıqladı

“Unibank KB” ASC 2024-cü ilin birinci rübündə 7.34 mln. manatlıq xalis mənfəət əldə etməklə uzun müddətdir kapital balansında yığılmış zərəri bağlayıb və onu bölüşdürülməmiş mənfəətlə əvəz edib.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Məsələn, keçən ilin müvafiq dövründə yığılmış zərərin həcmi 30.74 mln. manat təşkil edirdisə, son bir ildəki mənfəətli fəaliyyətin ardından bu rəqəm 0.49 mln. manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

Bankın cəmi faiz gəlirləri illik müqayisədə 15 faiz artaraq 56.01 mln. manat, faiz xərcləri 17% artaraq 19.17 mln. manat, qeyri-faiz gəlirləri 7 faiz azalaraq 24.4 mln. manat, qeyri-faiz xərcləri isə 3% artaraq 44 mln. manat təşkil edib.

Bankın əməliyyat mənfəəti öncəki ilin ilk rübündə 14.22 mln. manat olduğu halda, cari ilin eyni dövründə 16.34 mln. təşkil edib.

un009900

Son xəbərlər
 ⁠
Digər xəbərlər