“Unibank KB” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Bu, Andrey Grab Romanoviç İdarə Heyətinin üzvü seçilib və paralel olaraq Baş Risk inzibatçısı təyin edilib.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beş nəfərə yüksəlib. İdarə Heyətinin sədri Fərid Abuşov, digər üzvləri Faiq Zeynalov, Emin Rəsulzadə və Heybət Qədirovdur.
Andrey Grab bundan öncə Rusiya, Çin, Qazaxıstan və Ukrayna kimi ölkələrdə çalışıb. Onun ümumilikdə 18 illik bank sahəsi üzrə təcrübəsi var.