8 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC ümumi dəyəri 6,800,000 (altı milyon səkkiz yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Anderrayter |
AZ1003002024 | Adi adlı sənədsiz səhm | 2,500,000
(ədəd) |
2.72
manat |
Abunə yazılışı üsulu | “Unicapital İnvestisiya Şirkəti” ASC |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.