12 C
Baku
Wednesday, December 11, 2024

Unicapital İnvestisiya  şirkəti  1-ci oldu

“Unicapital İnvestisiya  şirkəti” Açıq Səhmdar Cəmiyyəti  dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, broker şirkətlərin fevral ayı üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin  müştərilərə göstərdiyi xidmətinin həcmi 117 mln.422 min 764 manat olub.

Qeyd edək ki,  Unicapital İnvestisiya  şirkəti Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının satışı üzrə anderrayteridir və dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə,  eləcə də qeyri-rezidentlərə  geniş xidmət  təklif edir.

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində  Unicapital İnvestisiya Şirkəti  istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.  İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. Unicapital İnvestisiya  şirkəti yeni qanunvericiliyə əsasən  forex fəaliyyəti göstərən yeganə investisiya şirkətidir.

Hazırda  Unicapital İnvestisiya Şirkətinin  nizamnamə kapitalı 300.000 manat təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  Bankın saytından  (www.unibank.az) əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!

Son xəbərlər
Digər xəbərlər