1 C
Baku
Saturday, December 14, 2024

“Unicapital İnvestisiya Şirkəti”nin əməliyyatlarının həcmi 58% azalıb

2022-ci ilin yanvar-oktyabr ayları “Unicapital İnvestisiya Şirkəti” ASC-nin apardığı əməliyyatın həcmi illik müqayisədə 58% azalıb.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir.

Hesabat müddəti ərzində, BFB-nin cəmi əməliyyatlarının həcmi  1 milyard 749.73 milyon manat olub.

Ötən ilin eyni müddətində investisiya şirkəti reytinqdə 4 mlrd. 131.7 mln. manatla ikinci sırada qərarlaşdığı halda, sıralamada mövqe itirməklə 4-cü yerə düşüb.

Azalmanın əsas səbəbi dövlət qiymətli kağızlar bazarındakı zəifləmə və üstəlik onun yeni rəqiblərinin bazara girməsidir.

“Unicapital”ın Mərkəzi Bankın notları üzrə əməliyyatları illik müqayisədə 23% azalmaqla  263.57 mln. manata, dövlət istiqrazları üzrə isə 83% azalmaqla 63.98 mln. manata düşüb.

2022-ci ilin yanvar-oktyabr, manatla:

234234234

Son xəbərlər
Digər xəbərlər