19 C
Baku
Tuesday, April 16, 2024

“Unilever” beş günlük iş rejimindən həmişəlik imtina edib

“Unilever” şirkətinin işçiləri daha heç vaxt ofislərinə qayıtmayacaqlar. Şirkətin rəhbəri Alan Jope beş günlük iş rejiminin “köhnəlmiş” olduğunu hesab edir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, şirkət rəhbərliyi iş vaxtının təşkili üçün bir neçə variantı nəzərdən keçirəcək. “Unilever”i bu addımı atmağa pandemiya və onun nəticəsində baş verən sürətli dəyişikliklər sövq edib. Beləliklə, ən azı aprel ayına kimi işçilər distant çalışacaqlar, sonra isə “hibrid iş rejimi” tətbiq ediləcək.

“Ümid edirik ki, daha heç vaxt beş günlük iş rejiminə qayıtmayacağıq. İndi bu çox köhnəlmiş fikir kimi görünür”, – deyə Jope söyləyib.

Şirkət rəhbəri “Unilever”in işçilərini ofislərə qayıtmalarını hələ də vacib məsələlərdən biri hesab edir. Belə ki, distant rejimdə əməkdaşların bir-biri ilə görüşməsi qeyri-mümkün olur, eyni zamanda yeni gələn işçilərə təlim keçmək problemi gündəmdə qalır.

“Unilever” – London Fond birjasının üçüncü ən böyük şirkətidir. O, istehlak mallarının istehsalı ilə məşğuldur. Şirkət “Dove”, “Persil” və “Lipton” kimi markalara sahibdir. Hal-hazırda “Unilever”in 150 min işçisi var ki, onlardan 7 min nəfər Böyük Britaniyadadır.

Xatırladaq ki, keçən ildə “Twitter” şirkəti də işçilərinə “əbədi olaraq” evdən işləməyə icazə vermişdir. Şirkətin rəhbəri Jack Dorsi pandemiya dövründə iş proseslərinin qaydasına düşdüyünü və keyfiyyətin əvvəlki kimi yüksək səviyyədə olduğunu qeyd etmişdir.

Son xəbərlər
Digər xəbərlər