16 C
Baku
Monday, May 20, 2024

“United Credit Bank”ın debitorlarına müraciət etdi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin (UCB) qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə (bankın debitorlarına) müraciət edib.

Müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna uyğun olaraq, UCB-nin adından yalnız ləğvedici və yaxud onun vəkil etdiyi şəxsin etdiyi hərəkətlər hüquqi qüvvəyə malik olur. Banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Kredit təşkilatının müflis elan olunması borcların ödənilməməsinə əsas vermir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər