8 C
Baku
Friday, December 13, 2024

Universitet fakültə dekanı və kafedra müdiri vəzifələrinə müsabiqə elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti vakant fakültə dekanı və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edib.

Banker.az xəbər veri ki, bu barədə rektorluğun yaydığı məlumatda deyilir.

– tarix və coğrafiya fakültəsinin dekanı;

– kimya və biologiya fakültəsinin dekanı;

– fizika və texnologiya fakültəsinin dekanı;

– musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı;

– türk və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri;

– Azərbaycan tarixi kafedrasının müdiri;

– riyazi analiz kafedrasının müdiri;

– hesablama riyaziyyatı və informatika kafedrasının müdiri;

– biologiya və onun tədrisi metodikası kafedrasının müdiri;

– analitik və üzvi kimya kafedrasının müdiri;

– insan və heyvan fiziologiyası kafedrasının müdiri;

– ümumi kimya və onun tədrisi metodikası kafedrasının müdiri;

– fizikanın tədrisi metodikası kafedrasının müdiri;

– ümumi fizika kafedrasının müdiri;

– texnologiya və onun tədrisi metodikası kafedrasının müdiri;

– ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri;

– riyaziyyatın ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri;

– musiqi və onun tədrisi metodikası kafedrasının müdiri;

– təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası kafedrasının müdiri;

– fiziki tərbiyə və ÇH tədrisi metodikası kafedrasının müdiri;

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı üzrə:

– dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri;

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun adına ərizə;

– kadrların şəxsi uçot vərəqəsi;

– tərcümeyi- hal;

– 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil;

– əmək kitabçasından çıxarış;

– ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri;

– elmi və elmi- metodiki işlərin siyahısı;

– şəxsiyyət vəsiqəsinin surəti;

– fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planı;

Qeyd: ADPU- da çalışan şaxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi- metodiki işlərin siyahısını , fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər.

Sənədlər 2017- ci il avqustun 15- dən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00- dan 17.00- dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin İnsan resursları şöbəsinə təqdim olunmalıdır.

Məlumat ADPU- nun veb səhifəsində də (www.ADPU.edu.az) yerləşdirilmişdir.

Ünvan: Az,1000 Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi. 68, 110- 111- ci otaq (I mərtəbə). Əlavə məlumat üçün (012) 498- 08- 16 və (012) 498- 17- 94 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

Son xəbərlər
Digər xəbərlər