-1 C
Baku
Sunday, December 15, 2024

Uorren Baffet Çin avtomobil istehsalçısı BYD-dəki payını azaldır

Məlum olub ki, amerikalı sahibkar Uorren Baffet Çinin ən böyük elektrik avtomobil istehsalçısı BYD-dəki səhmlərinin bir hissəsini satıb. Baffetin sərmayə şirkəti “Berkshire Hathaway” Honkonq Birjasına 1.3 milyon BYD səhminin 39.8 milyon dollara satıldığı barədə məlumat verib.

“Berkshire Hathaway” 2008-ci ildə BYD-nin kapitalına daxil olub. Əgər o dövrdə şirkətin səhmləri təxminən 10-12 Honkonq dollarına (1.3-1.5 ABŞ dolları) başa gəlirdisə, indi onların qiyməti 233 Honkonq dollarıdır (30 ABŞ dolları). 2022-ci ildən bəri Uorren Baffett artıq bir neçə dəfə BYD səhmlərini satıb, 2022-ci ilin iyununda qiymət 300 Honkonq dollarına (38.4 dollar) çatıb.

Son xəbərlər
Digər xəbərlər