24 C
Baku
Monday, April 29, 2024

Uorren Baffet Şükran Günü qabağı $870 milyon ianə edib

Amerikalı milyarder Uorren Baffet Şükran Günü ərəfəsində dörd xeyriyyə təşkilatına 870 milyon dollar bağışlayıb. Onlardan biri, “Susan Thompson Baffett Foundation”, cənab Baffetin 2004-cü ildə vəfat etmiş həyat yoldaşının adını daşıyır, digər üç fond (“The Sherwood Foundation”, “The Howard G. Buffett Foundation” və “The NoVo Foundation”) onun övladları tərəfindən idarə olunur.

İanələr cənab Baffetə məxsus “Berkshire Hathaway” investisiya fondunun səhmləri şəklində edilib. Dörd fonda ümumilikdə 2.4 milyon səhm ayrılıb.

Cənab Baffet 2006-cı ildən bəri hər il bu fondlara ianə verir. Keçən il Şükran Günündən əvvəl o, 750 milyon dollar dəyərində olan eyni miqdarda səhm bağışlamışdı.Cənab Baffet sərvətinin böyük hissəsini xeyriyyə işlərinə sərf edəcəyini vəd edən milyarderlərdən biridir. Onun sərvəti hazırda 120 milyard dollar qiymətləndirilir və o, artıq 51 milyard dollardan çoxunu xeyriyyə işlərinə bağışlayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər