6 C
Baku
Sunday, December 15, 2024

Uorren Baffetin 99 yaşlı partnyoru investor Çarli Manqer vəfat edib

ABŞ-da məşhur amerikalı investor və iqtisadçı, “Berkshire Hathaway” şirkətinin vitse-prezidenti Çarli (Çarlz) Manqer 99 yaşında vəfat edib. Qeyd olunur ki, cənab Manqer noyabrın 28-də Amerikanın Kaliforniya ştatında xəstəxanada dünyasını dəyişib. Onun dəfnin yeri və tarixi dəqiqləşdirilməyib. 2024-cü il yanvarın 1-də iş adamının 100 yaşı tamam olacaqdı.

“Berkshire Hathaway indiki statusunu Çarlinin ilhamı, müdrikliyi və iştirakı olmadan əldə edə bilməzdik”, – Baffet vurğulayır.

Çarli Manqerin sərvəti 2.3 milyard dollar olaraq qiymətləndirilir. İş adamı “Berkshire Hathaway”in vitse-prezidenti olmaqla yanaşı, “Costco” pərakəndə satış şirkətinin direktorlar şurasının üzvü və “Daily Journal Corp”un idarə heyətinin sədri olub.

Son xəbərlər
Digər xəbərlər