13 C
Baku
Friday, November 22, 2024

“Urals” nefti avqustda 10%-dək bahalaşıb

Bu ilin avqust ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 74.73 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin avqust göstəricisi (68 dollar) ilə müqayisədə 9.9 % çoxdur.

Rusiyanın Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin may-iyul (78.41 dollar) ayları ilə müqayisədə avqustda “Urals”ın qiyməti 4.7% azalıb.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 82.13 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 65.1 dollar səviyyəsində olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər