23 C
Baku
Wednesday, October 9, 2024

Uşaqlar üçün dərman, yaxud Narkotik?!

Bir çox məşhur narkotiklər ilk olaraq dərman kimi satılıb. Məsələn, heroin 1898-ci ildə Bayer AG şirkəti tərəfindən uşaqlar üçün öskürək əleyhinə dərman olaraq bazara çıxarılıb. Lakin bunun üzərindən 15 il keçdikdən sonra heroinin bu şəkildə istehsalı dayandırılır və 1971-ci ilə qədər alman apteklərindən heroini adi dərman formasında əldə etmək mümkün idi.

Növbəti nümunə kokainin tibbi tarixçəsi ilə bağlıdır. 19-cu əsrin ikinci yarısında çoxsaylı eksperimentlər alimlərə kokaindən keyidici və dözümlülüyün artırılması vasitəsi kimi istifadə etməyə imkan verirdi. Kokainin təsirlərini öz üzərində sınaqdan keçirən Ziqmund Freyd onu depressiya, cinsi pozğunluq, siflis və alkoqolizm əleyhinə dərman olaraq məsləhət görmüşdü. Freydin iddialarına görə kokain heç bir asılılıq yaratmır. Lakin son nəticədə bu iddia rədd edilir və kokain bütün ölkələrdə qadağan edilir.

Son xəbərlər
Digər xəbərlər