13 C
Baku
Friday, April 26, 2024

Uşaqlıq arzusunu reallaşdıran, gənc həmsöhbətimiz – Rəsul Malik Zadə

Müsahibimiz Beykent universitetinin magistri Rəsul Malik Zadə

Rəsul bəy, Azərbaycanda təhsiliniz haqqında ümumi məlumat verərdiniz

2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Kooperasiya Universitetinin Dünya İqtisadiyyatı fakültəsində təhsilimi davam etdirmişəm. Təhsil aldığım müddətdə Tələbə Gənclər Təşkilatının üzvü olmuşam, eyni zamanda qısa müddətli reklam sektorunda çalışmışam.

Marketinq sahəsini öyrənmək həvəsi sizdə necə yarandı?

Reklam sektorunda qisa müddətli olsada çalışmışam. Marketinq və PR haqqında həmin dönəmdə məndə marağa səbəb olub. Bazara yeni marka, yeni məhsul necə gətirməyin yolları, müştərilərlə davranış, doğru müştəri auditoriyası seçmək, daimi müştəriləri qazanmaq və əldə saxlamaq və s. kimi suallar mənə bina tikintisindən, neft mədənindən, tibb sahəsindən daha maraqlı və həvəsli gəldiyi üçün,  burdayam.

Təhsilinizi niyə görə məhz Türkiyədə davam etdirmək qərarına gəldiniz? Beykent universitetində Marketinq sahəsi üzrə ixtisaslaşması varmı, nədən məhz bu universiteti seçdiniz?

İstanbulda yaşamaq uşaqlıq arzumdu. Əvvəla onu deyim ki, Beykent universitet özəl universitetdir. Türkiyədə dövlər universitetində təhsil alanlar çoxsu savadlı tələbələrdir. Özəl universitetdə təhsil alanların çoxsu isə müxtəlif sektorda çalışan insanlardır. Yəni demək istədiyim iş təcrübəsi olan, marketinqin savaşının içində olan insanlardır.  Məsələn belə özəl sektorda təhsil deyən müəllimlər marketinqin bütün sektorundan xəbərdar ola bilməzlər. Ona görə də Bank sektorundakı yada AVM-dəki markentoloqdan  öyrənə biləcəyin şeyləri nə savadlı tələbələrdən nə də müəllimlərdən öyrənə bilməyəcəyimi düşünürəm. Bu universiteti seçmə səbəblərimdən biridə budur.

Universitetə daxil olma prosesi haqqında xahiş edirik oxuculara ətraflı məlumat verərdiniz 

Bakıda 4-cü kursu bitirərkən qarşıma məqsəd qoymuşdum ki, təhsilimi Türkiyədə davam etdirim. Buna görə də ALES imtahanına hazırlaşdım 2 ay. Bu imtahanda 100 sual riyaziyyat ve 50 sual türk dilindən olur. İmtahan nəticəsi 3 il ərzində qüvvədə olur. Əsgərliyi bitirdikdən sonra İstanbulda oxumağa başladım. İmtahanlar isə çox əyləncəli və maraqlıdır. Kiçik qruplar halında çalışırsan, çıxış edirsən kiçik auditoriya qarşısında. Bu zaman özünü öncədən kütlə qarşısına hazırlayırsan. Gələcəkdə böyük auditoriya üçün bu bir başlanğıcdır.

Universitet həyatim haqqında deyə bilərəmki qrupumuzda 40 nəfər var ki, bunların çox böyük hissəsi müxtəlif sektorlarda: bank,sığorta, AVM və özəl şirkətlərdə satış və marketinq sektorlarında çalışır. Bu cür insanlarla ünsiyyətdə olmaq, fikir bölüşmək çox maraqlıdır.  Qrupda ən kiçik mənəm. Ümumiyyətlə burda magistr təhsili alanlar ortalama yaşı 27-30 arasında dəyişir.

Universitet həyatı yeni çevrə, yeni əhatə, dost , tanış qazandırır. Ən əsası isə təcrübə və təhsil.

Türkiyədə Marketinq sahəsinə yiyələnməklə , Azərbaycanda bu sahəni öyrənmək arasında hansı fərqləri görürsünüz?

Əslində ölkəmizlə Türkiyədəki təhsili müqayisə etmək olmaz. Marketinq sahəsi çox dinamik, çox sürətli yeniliklər və dəyişiklər olduğu üçün bizə öyrədilən məlumatlar qısa zamanda qüvvəsini itirir. Türkiyədə Nəhəng şirkətlərin istər avtomobil, istər geyim, istərsədə digər sahələrin zavod və fabrikləri olduğu üçün burda təhsil alan hər tələbə təhsil müddətində təcrübə, seminar hətta zavod və fabriklərə ziyarət edə bilir. Bu öz növbəsində hər tələbənin gələcək karyerasında müsbət rol oynamaqla yanaşı  həm də xoş xatirələr yaradır. Tələbənin təhsilə marağını atırır.

Razıyam, ölkəmizdə belə sektorlar yox səviyyəsindədir. Amma belə seminarlar edəcək digər şirkətlər var. Nümunə üçün, Mobil operatorlar (Azercell, Bakcell) Bank nümayəndələri, AVM (28mall, Park Bulvar) nümayəndələri və s.

Təşəkkür edirik!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər