14 C
Baku
Saturday, November 23, 2024

USD/RUB 57-ə düşüb: Rublun məzənnəsi son 7 ildəki dəyər itkisini bərpa edə bilər

Həftənin çərşənbə axşamı günü Rusiya rublu yenidən artaraq dörd ilin ən yüksək səviyyəsinə yüksəlib, bunun da səbəbi enerji ixracından daxil olan xarici valyutanın artmasıdır.

Banker.az xəbər verir ki, dollar/rubl cütlüyünün məzənnəsi 3.93% azalma ilə 57.8675 səviyyəsinə yükəslib. Bu isə 2018-ci ilin aprel ayından bu tərəfə maksimal göstəricidir. Bəzi saatlarda ötən gün məzənnə 57.12 səviyyəsinə qədər eniş etdi.

Qeyd edək ki, 2017-2018-ci ildə Rusiyada dolların məzənnəsi 55-60 rubl diapazonunda idi. Əgər məzənnə 55 rubldan aşağı düşərsə 2015-ci ilin iyulundan bu tərəfə maksimal həddə qədər rublu yüksəldə bilər.

Lakin, hazırda rublun bahalaşması Rusiya hökumət dairlərlərini narahat etməyə başlayıb. Büdcə öhdəliklərini qarşılamaqda əlavə çətinlik yaradır.

Rusiyada rublun məzənnəsinin kəskin dəyərdən düşməsinin qarşısını almaq üçün hökumət və Mərkəzi Bank sərt siyasətə əl atdı. İlk öncə uçot faiz dərəcəsini qəfil 20%-ə qaldırdı (sonradan 14%-ə endirildi), ixracatçılar qarşısında öhdəlik qoyuldu ki, onlar əldə etikləri xarici valyutanın 80%-ni yerli valyuta bazarına çıxarsın.

Rusiyanın əsas valyuta gəliri neft-qaz sektorundandır. Bu enerji daşıyıcılarıisə kəskin dəyər qazanıb. Məslən neftin qiyməti artıq aylardır ki, 100 dollar/barrel üzərində qismən də olsa rahatlıq tapıb. Əlavə olaraq hökumət Avropaya bahalaşan qazı müvəkkil bank “Qazprombank”da xarici valyutadan rubla çevirməklə almağı şərt qoyub ki, bu da rublun bahalaşması üçün əlavə faktordur.

Bazar ertəsi xəbər kanalları, Aİ-nin 27 üzv ölkəsini ilin sonuna qədər Rusiya neftinə embarqoya imza atmağa razı salmaq səylərinin hələ də Macarıstanın müqaviməti ilə dayandırıldığını bildirirlər. Macarıstan, Slovakiya, Bolqarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri kimi, Sovet İttifaqının peyk dövlətləri olan zaman tikilmiş boru kəməri şəbəkəsindən xam neft və yanacaq tədarükündən qeyri-mütənasib şəkildə asılıdır.

AB sanksiyalar paketlərinin qüvvəyə minməsi üçün yekdil dəstəyi tələb edir. Macarıstan və Slovakiya kimi ölkələr üçün müvəqqəti azadolma təklifləri bu günə qədər gözləyənləri razı sala bilməyib.

 

Son xəbərlər
Digər xəbərlər