İyulun 17-dən avqustun 13-dək dünyada 1 milyon 400 mindən çox insan koronavirus infeksiyasına yoluxub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Qeyd olunub ki,2300-dən çox insan dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə yoluxmaların sayı 63% artıb, ölənlərin sayı isə 56% azalıb.
İyulun 17-dən avqustun 13-dək Qərbi Sakit okean regionunda xəstəliyin 97% artması müşahidə edilib. Eyni zamanda dörd regionda, o cümlədən Avropada azalma var.