8 C
Baku
Friday, December 13, 2024

ÜST: Bir həftə ərzində rekord yoluxma qeydə alınıb

Yanvarın 4-dən 10-dək dünyada 4 953 758 nəfərdə COVID-19 aşkarlanıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyadakı epidemioloji vəziyyət ilə bağlı həftəlik bülletenində açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 85 436 xəstə pandemiyanın qurbanı olub. Öncəki rekord ötən il dekabrın 14-dən 20-dək olan dövrdə qeydə alınıb. Belə ki, bu dönəmdə 4 612 790 nəfərə COVID-19 diaqnozu qoyulub.

ÜST-ün qeyd etdiyi kimi, keçən həftə xəstələnmə artımının güclənməsi tendensiyası bərpa olunub. Yeni yoluxma halları və ölümlərin sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 % və 11 % artıb. Şimali və Cənubi Amerikada 2,5 milyon nəfər xəstələnib (30 % artım), 38 min nəfər isə ölüb (18 % artım). Avropada 1,8 milyondan çox sakin koronavirusa yoluxub, 36 min nəfər isə ölüb. Xəstələnmə hallarının artımı həmçinin Qərbi Sakit okean regionunda (36 %), Afrikada (34 %) və Şərqi Aralıq dənizi bölgəsində (11 %) qeydə alınıb.

ABŞ-da bir həftə ərzində yoluxma hallarının sayı 1,7 milyondan çox artıb. Bu göstəriciyə görə ABŞ-ı Böyük Britaniya (417 mindən çox), Braziliya (313 mindən çox), Rusiya (165 mindən çox), Almaniya (142 mindən çox), Hindistan (126 mindən çox), Cənubi Afrika Respublikası (125 mindən çox), Fransa (122 mindən çox), İtaliya (116 mindən) və Kolumbiya (100 mindən çox) izləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər