10 C
Baku
Friday, December 13, 2024

ÜST daha bir peyvəndin istifadəsini təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” şirkətinin COVİD-19 əleyhinə hazırladığı vaksini təcili istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına daxil edib.

Bu barədə təşkilatın yaydığı məlumatda deyilir. Bildirilir ki, ÜST mütəxəssisləri vaksinin keyfiyyətini və təhlükəsizliyini qiymətləndirmək üçün onun istehsalı üzrə yoxlamalar aparıb:

“Mövcud bütün dəlillərə əsaslanaraq, ÜST 18 yaşdan yuxarı insanlar üçün 3-4 həftə aralığında iki dozada vaksin vurulmasını tövsiyə edir. Peyvəndin simptomları olan və xəstəxanaya yerləşdirilən xəstələr üçün 79 faiz təsirli olduğu təxmin edilir”.

 

Eyni zamanda,ÜST 60 yaşdan yuxarı pasiyentlər üçün peyvəndin istifadəsini tövsiyə etməyib. Məlumata görə, bu yaş qrupunda dərmanın effektivliyi barədə hələ kifayət qədər məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər