15 C
Baku
Saturday, April 20, 2024

ÜST: Dünyada koronavirusdan ölüm halları 10% artıb

Dünyada ötən həftə ərzində COVID-19-a yoluxma halları 2 faiz, ölüm halları isə 10 faiz artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

Ötən həftə dünyada təxminən 3.3 milyon yeni koronavirus infeksiyası aşkar edilib. Ümumilikdə həftə ərzində dünyada COVID-19-dan 9.7 minə yaxın ölüm halı qeydə alınıb.

Qeyd edək ki, pandemiyanın bütün dövrü ərzində dünyada 650 milyondan çox koronavirusa yoluxma və 6.6 milyona yaxın ölüm halı aşkar edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər