3 C
Baku
Saturday, December 14, 2024

ÜST: “Koronavirus yenidən alovlana bilər”

“Mərhələli şəkildə karantin rejimindən çıxmaq üçün işlər görülür. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki koronavirus yenidən alovlana bilər”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi onlayn brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün xəstəxanalarda virusa yoluxan şəxslərin sayı ciddi şəkildə azalma müşahidə olunur:

“Havaların isti keçməsi və açıq havada gəzmək bu virusun yox olmasına zəmin yarada bilər. Gələcəkdə də hər hansı pandemiya ola bilər və buna hazırlıqlı olmaq lazımdır. İnsanlar arasında ən azı 1 metrlik məsafənin qorunması və otağın havasının tez-tez dəyişməsi mütləqdir. Xəstə olan zaman işə gedilməməlidir”.

H.Harmancı bildirib ki, Ramazan ayında insanlar bir-birini ziyarət etməyə üstünlük verir:

“Texnologiya dövründə yaşadığımızdan bunu telefon vasitəsilə etməyimiz məqsədəuyğundur”.

Son xəbərlər
Digər xəbərlər