1 C
Baku
Saturday, December 14, 2024

ÜST: Koronavirusdan ölüm hallarının sayı dörd həftə ərzində 61 faiz azalıb

Dünyada mayın 29-dan iyunun 25-dək koronavirus infeksiyasına 1 milyondan çox insan yoluxub, 5,7 mindən artıq insan ölüb. Ölüm hallarının sayı ötən 28 gün ilə müqayisədə 61 faiz azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.

ÜST-yə əsasən dünyada dörd həftə ərzində 1 024 136 yoluxma halı və 5 751 ölüm halı qeydə alınıb. Bu dövr üzrə ən çox – 371 513yoluxma halı Koreya Respublikasında aşkar edilib.

Daha sonra Avstraliya (111 543), Braziliya (77 022), Fransa (45 306) və Sinqapur (40 531) yer alıblar.

Braziliyada mayın 22-dən iyunun 18-dək ən çox – 1 055 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə Rusiya (517), Avstraliya (343) və İtaliya (342) qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər