9 C
Baku
Friday, December 13, 2024

ÜST meymunçiçəyi ilə bağlı həyəcan təbili çaldı

Avropada meymunçiçəyi virusuna yoluxma halları dünyada aşkarlanan yoluxmaların ümumi sayının təxminən 90 faizinə çatır. Qitənin 31 ölkəsində xəstəlik qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropadakı regional direktoru Hans Klüqe bildirib.

Onun sözlərinə görə, hazırda Avropada yoluxma riski yüksək olaraq qalır: “Hökumətləri və vətəndaş cəmiyyətlərini meymunçiçəyinin yayılmasının qarşısını almaq üçün səyləri artırmağa çağırıram. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiya olunmuş tədbirlərə ehtiyac var”.

Qeyd edək ki, meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri “çiçək” xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır – qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.

Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir.

Meymunçiçəyi virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər