31 C
Baku
Friday, July 12, 2024

ÜST-nin baş direktoru və BMT rəsmisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif ediliblər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

O, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Biz planetimizin insanlarının sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzüağ çıxacağıq. Bu medala görə təşəkkü edirəm”, – o vurğulayıb.

Bundan başqa, BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatyana Valovaya da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. T.A.Qebreyesus və T.Valovaya tədbirə videokonfrans vasitəsilə qatılıblar.

Son xəbərlər
Digər xəbərlər