Ümumdünya Səhiyyə Təşkilatının yanvarın 13-də qəbul etdiyi sənəd bu gün rəsmən yayılıb.
Qurumun Fövqəladə hallar komitəsinin tərtib etdiyi sənəddə beynəlxalq səfərlərlə bağlı bəzi tövsiyələr yer alır.
İspaniyada son 29 ilin ən yüksək inflyasiyası qeydə alınıbGürcüstan parlamentinin yeni spikeri seçilibFransada bar və kafelərdə ayaq üstə qida qəbulu qadağan edilib
Sənəddə göstərilir ki, sərhədlərin bağlı olması koronavirusun yayılmasına mane olmur. Tam əksinə, yeni mutasiyaların ortaya çıxmasındakı şəffaflığı azaldır. Bu səbəbdən ölkələrarası səfərlərə qoyulan məhdudiyyətləri ləğv etmək və ya yumşaltmaq tövsiyə olunur. Bu qadağalar heç bir əlavə dayda verməyib, əksinə sosial və iqtisadi streslər yaradır.
ÜST həmçinin bildirir ki, Beynəlxalq Sanitar Qaydaların 40-cı maddəsinə əsasən xarici səfər zamanı peyvəndləmə, test və karantin kimi tələblər səyahət edənin hesabına həyata keçirilməməlidir.