Bu barədə AP məlumat yayıb.

Eyni zamanda, ÜST-nin İcraiyyə Şurasının illik iclasının açılışında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus “şübhə yoxdur ki, biz indi bir il əvvəlkindən daha yaxşı vəziyyətdəyik”, – deyə ifadə  edib.

Bununla belə, o, son səkkiz həftə ərzində dünyada ən azı 170,000 insanın koronavirusdan öldüyü barədə xəbərdarlıq edib.