6 C
Baku
Sunday, December 15, 2024

ÜST rəhbəri payızda yeni pandemiyaya hazırlaşmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə payız aylarının pandemiyaya hazırlaşmaq və ona qarşı mübarizə aparaq üçün son dərəcədə əhəmiyyətli olacağını söyləyib.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“Önümüzdəki üç ay gələcək pandemiyaya hazırlaşmaq və ona cavab vermək üçün kritik dövr olacaq”, – deyə mütəxəssis qeyd edib.

Gebreyesus dünyada günlük yoluxma və ölüm sayının sabitləşdiyini də vurğulayıb. “Lakin bu sabitlik çox yüksək səviyyədədir – 4.5 milyondan çox ölüm, 68 mindən çox ölüm”, – deyə Gebreyesus bildirib.

Xatırladaq ki, avqustun əvvəlində ÜST gələn il dünyada koronavirusa yoluxanların sayının 200 milyonu keçəcəyini etiraf edib. Bu göstərici hökumətlər COVID-19 infeksiyasının indiki sürətini dayandıra bilmədikdə real olacağı göstərilib.

Con Hopkins Universitetinin məlumatlarına əsasən, pandemiya başlayandan dünyada 200 milyondan çox insan koronavirusa yoluxub. Yoluxma sayına görə ABŞ liderlik edir (36 milyon), ikinci yeri Hindistan (32 milyon), üçüncü yeri isə Braziliya (20 milyon) tutur. Ümumilikdə, pandemiya ili ərzində dünyada 4.31 milyondan çox insan koronavirusdan ölüb.

Son xəbərlər
Digər xəbərlər