“Dünyada yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin bərabər paylanmasında ciddi problemlər mövcuddur. Dünyadakı 832 milyon peyvəndin 82 faizindən çoxu yüksək və orta gəlirli ölkələrin, yalnız 2 faizi az gəlirli ölkələrin payına düşür”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“Peyvəndlərin bərabər paylanması dövrümüzün problemidir. Və biz məğlub oluruq. COVAX platforması çərçivəsində peyvənd almağı gözləyən dövlətlər heç nə almayıblar”-deyə, ÜST rəhbəri bildirib.
Onun sözlərinə görə, bu günə qədər COVAX vasitəsi ilə müxtəlif ölkələrə 100 milyondan çox doza vaksinin çatdırılması təxmin edilirdi, amma əslində bu günə qədər yalnız 40 milyon doza vaksin paylanılıb.