5 C
Baku
Saturday, December 14, 2024

ÜST rəhbəri yeni ölümcül virusun ortaya çıxacağını proqnozlaşdırdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus dünyada yeni ölümcül virusun ortaya çıxacağını proqnozlaşdırıb. Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Bu, dünyanın pandemiya təhlükəsiz ilə qarşılaşdığı son hal deyil. Təkamül təxminlərinə görə, potensial olaraq mövcud virusdan daha yoluxucu və daha ölümcül olan yeni viruslar ortaya çıxa bilər”, – deyə Tedros Adan Gebreyesus Cenevrədə keçirilən görüşdə söyləyib.

Bundan əlavə, o, birinci mərhələdə dünya əhalisinin 10%-ni, ikinci mərhələdə isə 30%-ni vaksinasiya etməyə çağırıb. Bu məqsədə çatmaq üçün yoxsul ölkələrdə 250 milyon insanın peyvənd olunmasına ehtiyac var. İlk növbədə tibb işçiləri yüksək risk altındadır.

Son məlumatlara görə, indiyədək dünyada 167 milyon insan koronavirusa yoluxub, onlardan 3.4 milyonu ölüb.

Son xəbərlər
Digər xəbərlər