14 C
Baku
Monday, May 6, 2024

ÜST: Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb

Mayın 8-dən iyunun 4-dək dünyada 1.7 milyondan çox insan koronavirusa yoluxub, 10.4 mindən çox insan xəstəlikdən ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Eyni zamanda, diqqət çəkilib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 47 %, yoluxmaların sayı 38 % azalıb.

Bundan başqa, ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma və 10 463 ölüm halı qeydə alınıb. Bu müddət ərzində ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb – 470 093. Sonrakı yerləri Avstraliya (147 684), Braziliya (113 286), Fransa (93 850) və ABŞ (93 260) tutur. Mayın 8-dən iyunun 4-dək ən çox ölüm ABŞ-də qeydə alınıb – 1943. İkinci yerdə Braziliya (1074), daha sonra isə Fransa (555), İtaliya (549) və Rusiya (532) gəlir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər