25 C
Baku
Saturday, April 27, 2024

“Utilizasiya könüllülük prinsipi əsasında həyata keçiriləcək”

Bu gündən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

“Maliyyə Nazirliyi tez bir zamanda Fonda hesab açdı. Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə danışıqlar aparırıq ki, tez zamanda vəsaitlərin ödənilməsini təmin etsinlər. Məndə olan məlumata görə, artıq hər iki qurumda işlər yekunlaşıb və köçürülmə ilə bağlı problem yoxdur”, – deyə o qeyd edib.

O, prosesin aparılmasında əsas iki məqamı vurğulayıb: “Bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək. Burda hər bir şəxs istədiyi zaman istirsmara yararsız nəqliyyat vasiyəsini gətirib təhvil verib bu proqrama qoşula bilər. Eyni zamanda, Fond məqsədli fond olacaq. Yəni bu fond büdcə tərkibində olan fonddur və büdcədə də qayda belədir ki, il bitəndən sonra ordakı bütün qalıq vəsaitlər büdcəyə köçürülür. Amma burda əsas məqsədimiz odur ki, bu Fonda daxil olan vəsaitlər növbəti ildə də istifadə oluna bilsin. Yəni qalıq vəsaitlər növbəti ilə keçəcək və yalnız bu proqram üçün istifadə olunacaq”.

“Eyni zamanda “Təmiz Şəhər” olaraq artıq biz işə başlamışıq ki, bu proqramı proqram təminatı üzərində quraq. Yəni prosesi tam avtomatlaşdıraq. Bu proqrama qoşulanlar proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və özləri də icraatın hansı mərhələdə olduğunu izləyəcəklər. Eyni zamanda dövlət orqanları da öz funksiyalarına uyğun olaraq proqram təminatı vasitəsilə prosesləri izləyə biləcək”, – deyə E.Abbasov əlavə edib.

“Təmiz Şəhər olaraq əsas funksiyamız Fondu idarəedilməsi, nəzarətin təşkili, eyni zamanda utilizatorların reyestrinin qəbul olunmasıdır. Bu prosesdə çalışacağıq ki, utilizatorları cəlb edəndə onlar müvafiq maddi texniki baza ilə təmin olunsun. Müvafiq razılaşmalar, lisenziyalar olmalıdır. Onlara nəzarət edəcəyik. Ondan sonra sentyabrın 1-dən biz bu proqramı işə salmağa hazır olmalıyıq. Təmiz şəhər özü utilizator ola bilməz. Biz dövlət müəssisəsiyik. Bu məsələdə biz utilizator olaraq özəl təşkilatları cəlb edəcəyik. Bu da əlavə iş yerinin yaradılmasıdır. Amma Təmiz Şəhər olaraq biz nəzarət edəcəyik və ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinə müvafiq hesabatları təqdim edəcəyik”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər