18 C
Baku
Thursday, April 25, 2024

Vəkili Saakaşvilinin səhhətinin pisləşdiyini bildirib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin məhkəməsi növbəti dəfə təxirə salınıb.

M. Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi işi üzrə məhkəməsi onun səhhətində problemlər olması əsas gətirilərək təxirə salınıb.

Sabiq Prezidentin vəkili Şota Tutberidze bildirib ki, M. Saakaşvilinin səhhəti o dərəcədə pisləşib ki, həkimlər diaqnoz qoymaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Gürcüstanın həbsdə olan üçüncü Prezidenti M. Saakaşvili ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıdıb. O, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər