10 C
Baku
Friday, December 13, 2024

Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində sevindirici hallar

Azərbaycan Respublikasının Prezidentinin vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə 22 Fevral 2018-ci il tarixində imzaladığı Sərəncam Azərbaycanda vəkillik fəaliyyətinə olan diqqətin təcəssümüdür. Bu cür hüquqi sənədlərin qəbulu hüquqşünaslar və hüquq sistemi üçün cox sevindirici haldır.

Ümumiyyətlə, hər bir dövlətdə vəkillik fəaliyyətinin inkişafı həmin ölkənin hüquq sisteminin mötəbərliyi üçün boyük əhəmiyyət malikdir. Çünki, vəkillər insan hüquqlarının, azadlıqlarının təmin edilməsi və onların qanunla qorunan mənafelərinin müdafiəsi üçün aparcı rollara malik şəxslər siyahısına daxildirlər.

Bu səbəbdən, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həmin 22 Fevral 2018-ci il  sərəncamda öz əksini tapan vəzifələrin həyata keçirilməsi çox vacibdir.

Düşünürəm ki, gələcəkdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və insan hüquqlarının, azadlıqlarının müdafiəsi üçün vəkillərin immuniteti (toxunulmazlıq) deyilən hüquq doktrinasının təkmilləşdiriməsinə də ehtiyac vardır.

Bildiyiniz kimi, immunitet (toxunulmazlıq) doktrinası hüquq elmində həm funksional, həm də şəxsi immuniteti (toxunulmazlıq) ehtiva edir. Müqayisəli şəkildə analiz etsək, bu doktrina müxtəlif ölkələrdə müxtəlif formalarda şərh edilir və qanunvericilik tərəfindən qorunur.

Lakin, vəkillərin immuniteti (toxunulmazlıq) bir çox ölkələrdə onların funksional immuniteti (toxunulmazlıq) ilə məhdudlaşır, başqa sözlə, vəkillər yalnız hər hansı konkret bir hüquq pozuntusunun müdafiəsi ilə bağlı və yalnız o işlə əlaqədar immunitetə və ya toxunulmazlığa malik olurlar.

Zənn edirəm ki, vəkillik fəaliyyətinin xarakterini və xüsusiyyətlərini nəzərə alaraq, onların funksional immunitetindən (toxunulmazlıq) başqa, ailələrinin immuniteti (toxunulmazlıq) daxil olmaqla, şəxsi immuniteti (toxunulmazlıq) də qanunvericilik tərəfindən təmin edilməlidir, başqa sözlə, vəkillərin immuniteti (toxunulmazlıq) deyilən doktrina adı altında onların toxunulmazlığı qanunvericilikdə müvafiq hüquq normaları tərəfindən müəyyən edilərək qorunmalıdır.

Bu cür yanaşma vəkillərin hüquqlarının qorunmasına və vəzifələrinin cəmiyyətdə daha səmərəli həyata keçirilməsinə böyük bir təkan vermiş olar.

© Müəllif: Toğrul Quluzadə Banker.az saytı üçün

Son xəbərlər
Digər xəbərlər