14 C
Baku
Thursday, April 25, 2024

Vərdişin gücü və dəyişmək qorxusu: niyə ağlımız bizə rahatlıq zonasından çıxmağa mane olur

Yanlış düşüncə: Biz yeni hər şeyə açığıq və yeni məlumatlar ortaya çıxsa, mövqeyimizi dəyişdirməyə hazırıq. 

Həqiqət: Əslində əksəriyyətimizin yeni fikirlər inanclara, normalara və ya vərdiş halını almış paradiqmalara zidd olduqda, onları qəbul edə bilmirik. 

Funksional bərkitmə 

Doğru qərarlar verməyimizə nə mane olur? Çox vaxt bu, bir problemə fərqi bucaqdan baxmaq bacarığıdır. Buna bənzər bir şey “funksional bərkitmə” adlanan anlayışın əsasını təşkil edir. Deyək ki, divara rəsm əsərini asmaq istəyirsiniz. Bunu etmək üçün divara mismar vurmaq lazımdır. Bu məqsədə çatmaq üçün nə tələb olunur? Düzdü, çəkic. Amma siz onu tapa bilmirsiniz. Nə edəcəksiniz? Axtarmağa davam edəcəksiniz? Bütün evi alt-üst etdiniz və çox vaxt itirdiniz, amma çəkici tapa bilmədiniz. İndi isə düşünək: mismarı başqa nə ilə vurmaq mümkündür? Və başa düşürük ki, bunu kəlbətinin yan tərəfi, kərpic, qapının tutacağı, baltanın sapı və digər alətlər vasitəsilə də edə bilərik. Bir sözlə, nə ilə istəsəniz!

Funksional bərkitmə – cisimlərin yalnız müəyyən edilmiş bir şəkildə işləyə biləcəyinə inanmaq meylidir. Bu, onların tətbiqi spektrini görməyimizə mane olur. Bu cür stereotiplər problemin həlli üçün obyektlərdən və variantlardan istifadə alternativləri barədə düşünməyə imkan vermir. 

Ağlımızda oturan köhnə bilik bu sabitliyi daha da möhkəmləndirir və nəticədə yeni problemlərin həllini çətinləşdirir, çünki biz onu hərtərəfli olaraq qiymətləndirə bilmirik. Təəccüblüdür ki, funksional bərkitmə yaşa dolduqca ortaya çıxmağa başlayır. Beş yaşındakı uşaqlar buna sahib deyillər və problemlərin həllində cisimlərin standart funksiyaların qapılmırlar. Onlar təcrübələrə daha açıqdırlar və müxtəlif vəziyyətlərdə obyektlərdən məqsədlərlə istifadə edirlər. Ümumiyyətlə, mütəxəssislərin fikrincə, funksional bərkitmə 7 yaşdan sonra inkişaf etməyə başlayır. 

Alman psixoloqu Karl Dunker 1945-ci ildə maraqlı bir məsələ düşündü (bu arada “funksional bərkitmə” terminini də məhz o yaratmışdır). Təsəvvür edin: qarşınızda bir şam, bir kibrit qutusu və bir neçə düymə var. Sizin əsas məqsədiniz şamı şaquli şəkildə divarda bərkidərək, yanmasını təmin etməkdir. Bu sadə məsələni necə həll edərsiniz? Davamını oxumağa tələsməyin, əvvəlcə düşünün. 

Məsələnin həlli isə belədir: kibriti qutudan yerə boşlatmaq və boş qutunu düymələr vasitəsilə divara bərkitmək lazımdır. Sonra şamı bu qutunun içinə qoyursunuz və yandırırsınız. Təəccüblüdür ki, çoxları bu məsələnin həllini tapa bilmirlər. 2003-cü ildə Stanford Universiteti tələbələrinin yalnız 23%-i onu həll etməyi bacardı. Əvvəla, ona görə ki, çox adam kibrit qutusundan bu məqsədlə istifadə etməyi düşünə bilmir. Bizim üçün kibrit qutusu – kibriti saxlamaq üçün nəzərdə tutulmuş bir şeydir. Bu qavrayış o qədər möhkəmlənib ki, onun digər istifadə imkanlarını təsəvvür etmək çətindir. 

Əlbəttə ki, hər birimiz standart olmayan problemlərə yaradıcı həllər tətbiq etmək istəyirik. Bunu etmək üçün bəzən amerikalıların dediyi kimi, çərçivədən və standartlardan kənar düşünmək üçün “out of box” etmək lazımdır. 

“Status-kvo”nun gücü

1988-ci ildə tədqiqatçılar Uilyam Samuelson və Riçard Zekhauzer araşdırmalar apararaq, qərar qəbul etmə zamanı insanların qərəzli olduğunu sübut edən təcrübə apardılar. Belə ki, təcrübə iştirakçıları iki qrupa bölündülər. Birinci qrupa belə bir ssenari təklif edildi: guya onlar uzun müddətdir ki, qiymətli kağızlar bazarını izləyirlər, lakin investisiya qoymağa pulları yoxdur. Daha sonra onlara təklif olunan siyahıdan pul qoyacaqları şirkəti seçmək təklif edildi: orta riskli və yüksək riskli şirkətlər, o cümlədən veksellər və istiqrazlar. İkinci qrupa bir qədər dəyişdirilmiş əfsanə təklif edildi: onlar babalarından qalmışdır və pullar artıq yatırılmışdı. Təəccüblüdür, amma ikinci qrupda əksəriyyət investisiya portfelini dəyişdirmək istəmədi. Beləliklə, alimlər “status-kvoya meyllilik” adlı koqnitiv davranmanı aşkar etdilər. 

Yeri gəlmişkən, bir az limonad haqqında danışaq. 1985-ci ildə “Coca-Cola” şirkəti yeni New Coke içkisini təqdim etdi – əfsanəvi içkinin daha şirin olan versiyasını. Lakin buna baxmayaraq, Amerika sakinlərinin reaksiyası son dərəcədə mənfi oldu və şirkət əvvəlki formula geri döndü. Budur, hələdə Coca-Cola Classik içirik. Vərdiş daddan daha üstün oldu. 1992-ci ildə New Coke-nin adı dəyişdirildi, 2002-ci ildə isə istehsalı tamamilə dayandırıldı. 

Ən sevdiyiniz restorana necə getdiyinizi xatırlayın (varsa əgər). Şübhəsiz ki, hər dəfə menyudan eyni sevimli yeməyi sifariş edəcəksiniz. Digər yeməklər cəlbedici görünə bilər, amma niyə risk edəsiniz ki? Eyni şeyi daha ciddi məsələlərdə söyləyə bilərik: tədqiqatlar göstərir ki, insanlar potensial olaraq daha təsirli olan dərman ilə həmişə atdığı arasında seçim etməli olduqda, çox vaxt ikinciyə üstünlük verir. Status-kvonu qorumaq meyli həyatın maliyyə tərəfinə də təsir göstərir: “Pullarımı başqa banka yatıraraq, niyə risk edim ki?”. 

Bir çoxumuz “Qoy heç nə dəyişməsin” prinsipi ilə yaşayırıq. Lakin unutmayın ki, status-kvonun itirilməsindən dəyən zərər o qədər də çox olmayacaqdır. Və bu, varlığımızın bütün aspektlərinə aiddir: biznesdən tutmuş şəxsi həyata qədər. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər