19 C
Baku
Sunday, April 28, 2024

Vəsaitlərinizi düzgün idarə edin

Öz maliyyə vəziyyətinizi ağılla idarə etməklə nəinki xərclərinizi azalda, həmçinin pulqabınızdakı vəsaitləri əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Qaydalara görə, maliyyə savadlılığına nail olmaq üçün çoxlu sayda səhv və sınaqlardan keçmək lazımdır. Aşağıda maliyyə savadlılığına hələ tam olaraq sahib olmadığınızı sübut edən cəhətləri təqdim edirik. Əgər bu səhvləri siz də edirsinizsə tez bir zamanda onları maliyyə savadlılığının lehinə olaraq düzəltməyə çalışın:

 “Təhlükəsizlik yastığı”

Təəssüflər olsun ki, əksər insanlar qənaət üçün pul yığmağın tamamilə faydasız olduğunu düşünürlər. Onlar belə düşünürlər ki, əgər pulu indi xərcləyib, lazım olan əşyaları indi ala bilirəmsə onu nəyə görə kənarda saxlayım?! Ola bilsin, həyatın bəzi anında bu fikir doğru kimi görünə bilər, lakin müəyyən müddətdən sonra gözlənilməz xərclər üçün müəyyən məbləğ tələb oluna bilər. Əgər kənarda qənaət olaraq yığdığınız vəsait yoxdursa bu xərcləri nə ilə qarşılayacaqsınız? Banka kredit olaraq müraciət etdiyinizdə sizə rədd cavabı verə bilərlər. Cavab müsbət xarakterli olduqda belə, lazımı məbləği əldə etmək bir neçə gün tələb edə bilər. Buna görə də, daim ilk qaydanı yadda saxlamaq lazımdır: hər zaman kənarda 3-6 aya qədər xərclərinizi qarşılayacaq miqdarda vəsaitə sahib olmalısınız.

Bank əvəzinə “yastıq altında” pul saxlamaq

Hazırda günbəgün banka depozit yatıran müştərilərin sayı artsa da, hələ də maliyyə təşkilatlarına etibar etməyərək pullarını evdə “yastıq altında” saxlayan insanların sayı daha çoxdur. “İnvestisiyanın” bu növü illik 10-13% gəlir itkisi deməkdir. Səbəsi isə inflyasiyadır. Belə ki, yastıq altında saxladığınız müəyyən məbləğ 5 ildən sonra dəyərindən qat-qat ucuz olacaq. Bu səbəbdən də, pullarınızı evdə saxlamaq əvəzinə hər hansı banka depozit yatırmağınız məsləhətdir. Bu üsulla inflyasiyadan qorunmuş olacaqsınız.

Qeyri-düzgün kredit parametrləri

Bankdan kredit götürərkən yadda saxlamaq lazımdır ki, kredit əmək haqqı aldığınız valyutada olmalıdır. Əmək haqqı əldə etdiyiniz məbləğdə kredit götürün ki, kredit üzrə ödənişlər gəlirinizin 30-40%-ni təşkil etsin.

Müddətsiz investisiyalar

Konkret olaraq hansı məqsədlə investisiya etdiyinizi özünüz belə bilmədən düzgün şəkildə sərmayə yatıra bilmərsiniz. Bu zaman məqsədinizin müddəti, dəyəri və prioriteti olmalıdır. Yalnız bu cəhətləri əhatə edən məqsədi dəqiqliklə təyin etdikdən sonra faydalı investisiya alətlərini seçmək olar. Əgər 1-3 illik çox da vacib olmayan investisiya məqsədiniz varsa bunun üçün ən uyğun olanı bank depozitləri və yaxud yüksək etibarlı  istiqrazlar və yaxud fond istiqrazlarıdır. Yox əgərt söhbət 3-10 ildən gedirsə, burada depozit və istiqrazlarla yanaşı, məqsədinizə səhmlərin və yaxud səhm fondlarının 50%-ni əlavə edə bilərsiniz. Əgər məqsədiniz 10 və yaxud daha çox ili əhatə edirsə, səhm payını 70-80-ə qədər artırmaq olar.

Ağıllı şəkildə risk edin

Əgər sizin kolleqanız və yaxud qonşunuz səhmlərə sərmayə yatırır və illik 20% və daha artıq gəlir əldə etdiyinə görə sevinirsə, bu o demək deyildir ki, siz də dərhal həmin səhmlərdən almalısınız. Məsələ ondadır ki, hər bir insanın özünün riskə meyillilik səviyyəsi var. Bu səbəbdən də, riskə meyilliliyinizi düzgün şəkildə təyin etmək lazımdır. Əgər sərmayələrinizin əhəmiyyətli dərəcədə enməsinə hazır deyilsinizsə, vəsaitlərinizin böyük hissəsini depozitlərə və etibarlı istiqrazlara yatırın. Yox əgər, əmanətlərinizin həcminin qəfil olaraq dəyişməsinə hazırsınızsa, onların əhəmiyyətli hissəsini səhmlərə yatırmaq olar.

Təqaüdə çıxmadan bir-neçə il əvvəl əmanət yığmağa başlamaq

Bir qayda olaraq, təqaüd haqqında ona çıxma zamanından hələ 10 il əvvəl düşünməyə başlamaq lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər