-1 C
Baku
Sunday, December 15, 2024

Vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydasına dəyişiklik edilir

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Belə ki, qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklə vətəndaşın ilkin hərbi qeydiyyata alınması qaydası dəyişdirilir. Dəyişikliklə qanunun 6.4-cü maddəsində göstərilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun 6.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. doğum haqqında şəhadətnamənin surəti;

2. ailə tərkibi haqqında arayış;

3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

5. tərcümeyi-hal;

6. 6 ədəd 3×4 sm. ölçüdə fotoşəkil.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər