10 C
Baku
Thursday, December 12, 2024

“Vətəndaşlar öz gəlirlərini deklarasiya etməlidirlər” – Vüqar Bayramov

“1989-cu ildə maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FAT) yaradılan zaman dünyada çirkli pulların həcmi 50 milyard dollar idi”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, hazırda qlobal maliyyə federasiyasının hesablamalarına görə bu 1 trilyon dollara qədər yüksəlib:“Bu isə ondan xəbər verir ki, baxmayaraq ki, qlobal səviyyədə yeni qaydalar və sənədlər qəbul olunur, amma çirkli pulların həcmi artmaqdadır. Qlobal səviyyədə çirkli pulların dövriyyəsi ilə mübarizə effektiv deyil. Yerli səviyyədə baxsaq, etiraf etmək laızmdır ki, Azərbaycan çirkli pulların yuyulmasına qarşı daha effektiv mübarizə aparan ölkələrdən biridir”.

Vüqar Bayramov eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələrinin vacibliyi məsələsinə toxunub və bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirib: “Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunub, amma işləmir. Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Həm çirkli pulların yuyulması, həm bütövlükdə bu sahədə şəffaflığın artırılması, xüsusilə də vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır. Bütün hallarda vətəndaşlar öz gəlirlərini deklarasiya etməlidirlər”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər