“Yeni yaradılan mobil tətbiqetmə vasitəsilə vətəndaşlar prokurorluğa müraciət edə bilərlər”.
Bu barədə Baş Prokurorluğun Kriminalistika və informasiya idarəsinin rəisi Murad Dadaşov məlumat verib.
O qeyd edib ki, məqsəd COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün təmasın azaldılmasıdır.
Bildirib ki, həmçinin tətbiq vasitəsilə vətəndaşlar etdikləri müraciətlərin araşdırılması barədə onlayn qaydada məlumat ala biləcəklər.