6 C
Baku
Sunday, December 15, 2024

Vətəndaşların bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyənləşdirilərək saxlanılıb.

Həmçinin rayon polis idarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində müxtəlif vaxtlarda daha iki nəfərin bank kartından 310 və 6 min manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyənləşdirilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının isə keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov saxlanılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər