10 C
Baku
Friday, December 13, 2024

Vahid Mustafayevin “VMF” şirkəti 1 mln. manatlıq borc cəlb edir

İş adamı Vahid Mustafayevin “VMF” Şirkəti fond bazarından borc cəlb etmək istəyir.

Banker.az xəbər verir ki, “VMF” şirkəti ümumi həcmi 1 mln. manat olan istiqraz buraxır. İstiqrazların hər birinin nominal dəyəri 100 manat olmaqla 10 000 ədəd buraxılacaq.

Emissiya prospektində deyilir ki, şirkətin buraxdığı istiqrazlar 18 ay müddətində və ödənişi 90 gündən bir olan illik 13 faiz gəlirlilik təklif edir.

Şirkət üç il üzrə hesabatını açıqlayıb və onun 2020-ci ildə 607 437 manat, 2021-ci ildə 462 926 manat və 2022-ci ildə isə 425 959  manat həcmində xalis mənfəət əldə etdiyi məlum olub.

Xatırladaq ki, “VMF” Şirkəti 1998-ci ildə yaradılıb, onun 20 220 manat nizamnamə kapitalı var. Kapitalında 100% payçı Vahid Mustafayev Fuad oğludur. Saat istehsalı və satışını həyata keirir.

Son xəbərlər
Digər xəbərlər