10 C
Baku
Wednesday, December 11, 2024

Valideynlərindən birini itirmiş, digəri isə əlil olan şəxslər təhsil haqqından azad edilir

““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər ediləcək. Dəyişiklik 18 yaşına qədər valideyninin birini itirmiş, o biri valideyni isə 2-ci qrup əlil olanların təhsil haqqının dövlət tərəfindən ödənilməsini nəzərdə tutur”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, hazırki qanunvericilik buna imkan vermir: “Təxmini hesablamalara görə, belə şəxslərin sayı 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra isə bununla bağlı qanunvericilikdə dəyişikliklər edə bilərik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər