27 C
Baku
Saturday, July 27, 2024

Valyuta bazarı isinir – Fond bu ay banklara $272.8 mln. satıb

Dövlət Neft Fondu tərəfindən iyul ayında 2023-cü ilin iyulu ərzində yerli kommersiya banklarına 272.8 milyon ABŞ dolları satılıb və iyul öncəki iyunu üstələyib.

Banker.az xəbər verir ki, Dövlət Neft Fondu iyulda 7 valyuta hərracında iştirak edib, ən yuxarı göstərici 25 iyuldakı hərracda olub — 59.6mln dollar.

İyunda valyuta hərraclarının sayı və eləcə də həcmi çox aşağı idi. Həmin ayda 6 valyuta hərracında cəmi 78.9 mln. dollar valyuta satılmışdı. Beləliklə, iyul iyunu 4.7 dəfə üstələyib. İyun üzrə valyuta bazarı olduqca sakit idi. Banklar əhalidən iyunda nağd 158.48 mln. dollar aldığı halda, onlara nağd 88.44 mln. dollar satmışdılar. Bununla bağlı ötəngünkü yazımızda ətraflı şərh vermişik. Cari il valyuta bazarı üçün son illərin nadir bir durumunu ortaya qoyub. Əhalinin ilin ilk 6 ayı üzrə banklara satdığı nağd dollarlar, alışı xeyli üstələyir. Hazırkı durumda bazarı əhali dollarla təmin edir.

İyulda satılan valyuta iyundan yuxarıda olsa da, may ayından bir qədər aşağıdır. May ayında banklara Fond tərəfindən 277.3 mln. dollar valyuta satılmışdı.

Bununla da, cari ilin ilk yeddi ayı ərzində Fond milli valyutanın qorunması üçün 1 mlrd. 844.1 mln. dollarını banklarda konvertasiya edib.

Bu 2022-ci ilin eyni müddətindən 1 mlrd. 107.8 mln. dollar və ya 37.5% azdır.

424424234424

Son xəbərlər
Digər xəbərlər