13 C
Baku
Friday, November 22, 2024

Valyuta bazarının əsas iştirakçıları

Valyuta bazarının əsas iştirakçıları aşağıdakılardır:

  • kommersiya bankları
  • valyuta birjaları
  • mərkəzi banklar
  • daxili ticarət əməliyyatlarını həyata keçirən şirkətlər
  • investisiya fondları
  • broker şirkətləri
  • fiziki şəxslər

Kommersiya bankları

Kommersiya bankları əsas valyuta əməliyyatlarını həyata keçirirlər. Banklarda digər bazar iştirakçılarının hesabları saxlanılır və onlarla əsas konvertasiya əməliyyatları həyata keçirilir.

Lakin ticarət zamanı digər banklar da onlara qoşula bilir.

Banklar müştərilərin istəklərini təmin etməklə yanaşı, öz vəsaitləri hesabına da əməliyyat apara bilirlər. Son nəticədə valyuta bazarı özündə beynəlxalq müqavilələri də əks etdirir ki, bu zaman beynəlxalq valyuta bazarlarından danışmaq lazım gəlir.

Dünya valyuta bazarına ən çox gündəlik əməliyyat həcmi milyard dollara çatan beynəlxalq banklar təsir göstərir. Bunlar BarclaysBank, Citibank, Chase Manhatten Bank, Deutsche Bank, Swiss Bank Corporation, Union Bank of Switzerland kimi banklardır.

Valyuta birjaları

Fond birjalarından və valyuta müqavilələri birjalarından fərqli olaraq valyuta birjalarının konkret müəyyən olunmuş iş yeri və iş zamanı yoxdur. Telekommunikasiya texnologiyalarının inkişafı sayəsində dünyanın aparıcı maliyyə təşkilatlarının əksəriyyəti birjaların xidmətindən birbaşa olaraq və günün istənilən zamanında istifadə edirlər. Nisbətən böyük valyuta birjalarına London, Nyu-York və Tokio valyuta birjaları aiddir.

Mərkəzi banklar

Mərkəzi bankların funksiyasına valyuta ehtiyatlarını idarə etmək, mübadilə məzənnəsi səviyyəsinə təsir edən valyutaya müdaxilələr, həmçinin milli valyutaya yatırımlar üzrə faiz dərəcələrinin tənzimlənməsi daxildir.

Dünya valyuta bazarına ən çox təsiri ABŞ-ın Federeal Ehtiyat Sistemi (FED) göstərir.

Onun ardıyca isə Almaniyanın mərkəzi bankı – Deutsche Bundes bank Bank of England gəlir.

Daxili ticarət əməliyyatlarını həyata keçirən şirkətlər

Beynəlxalq ticarətdə iştirak edən şirkətlər əcnəbi valyutaya sabit tələbat və təkliflər nümayiş etdirir.  Lakin bununla yanaşı, bu şirkətlər valyuta bazarlarına birbaşa çıxışa sahib deyillər və geri dönüş və depozit əməliyyatlarını kommersiya bankları vasitəsilə həyata keçirirlər.

İnvestisiya fondları

İnvestisiya fondları isə dövlətlərin və müxtəlif ölkələrin şirkətlərinin vəsaitlərini qiymətli kağızlar qismində yerləşdirərək səhm portfelinin idarə edilməsi siyasətini həyata keçirir.

Belə investisiya fondlarından ən məşhuru Corc Sorosun “Quantum” fondudur. Həmçinin belə şirkətlərə əcnəbi istehsalat investisiyasını həyata keçirən beynəlxalq şirkətlər daxildir və bunlara misal olaraq Xerox, Nestle, General Motor və s.lər daxildir.

Broker şirkətləri

Broker şirkətlərinin funksiyalarına əcnəbi valyuta alıcısını satıcıya yönəltmək və onlar arasındakı konversiya əməliyyatlarını həyata keçirməkdir.  Broker şirkətləri vasitəçilik üçün broker komissiyası yaradırlar.

Tələb edilən məzənnələr barədə məlumata sahib olan broker firmaları artıq tamamlanmış müqavilələr üzrə real valyuta məzənnələrinin formalaşdığı yerdir. Kommersiya bankları cari məzənnə səviyyəsi barədə məlumatı broker şirkətlərindən alır.

Beynəlxalq valyuta bazarında ən məşhur broker şirkətlərinə misal olaraq Lasser Marshall, Harlow Butler, Tullett and Tokio, Coutts, Tradition və s.ni göstərə bilərik.

Fiziki şəxslər

Fiziki şəxslər əcnəbi turizm, pul vəsaitlərinin köçürülməsi, təqaüd, qonorar, əcnəbi valyutanın alınıb-satılması sahəsində geniş qeyri ticarət əməliyyatları həyata keçirirlər. Bu həmçinin spekulyativ məqsədlərlə valyuta əməliyyatları həyata keçirən çoxsaylı qrupdur.

Son xəbərlər
Digər xəbərlər