Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 5 mlrd. 536,4 mln. ABŞ dolları təşkil edib. Bu da oktyabrın 1-i ilə müqayisədə 1,9 mln. dollar və yaxud 0,03% çoxdur.
Banker.az bildirir ki, bu barədə AMB-dən xəbər verilib.
İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 201,8 mln. dollar və yaxud 3,78%, son 1 ildə isə 335,7 mln. dollar və yaxud 6,45% artıb.
Pul bazası bu il noyabrın 1-nə 9 mlrd. 153,3 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 281,8 mln. manat və yaxud 3,18% çoxdur.
İlin əvvəlinə nisbətən pul bazası 610,1 mln. manat və yaxud 7,14%, son 1 ildə isə 621,7 mln. manat və yaxud 7,29% artıb.