13 C
Baku
Tuesday, May 7, 2024

Valyuta ehtiyatlarına görə ölkələrin reytinqi açıqlanıb

Ümumdünya Qızıl Şurası (World Gold Council) dünyada valyuta ehtiyatlarına görə, ölkələrin reytinqini açıqlayıb. Məlumata görə, birinci yeri Çin (3.3 trilyon dollar) tutur. Ondan sonrakı sıralarda Yaponiya (1.2 trilyon dollar) və İsveçrə (755 milyard dollar) qərarlaşıb. İlk beşliyi Hindistan (574 milyard dollar) və Tayvan (564 milyard dollar) tamamlayır.

Rusiya (442 milyard dollar) valyuta ehtiyatlarına görə dünyada altıncı yerə yüksəlib, yeddinci yeri Səudiyyə Ərəbistanı (439 milyard dollar) tutur.

Daha əvvəl bildirilib ki, Rusiya Federal Gömrük Xidməti fiziki şəxslər tərəfindən Rusiyadan kənara qızıl ixracında əhəmiyyətli artım qeydə alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər