4 C
Baku
Sunday, February 25, 2024

Valyuta hərraclarında ABŞ dollarına tələb aylıq müqayisədə 21% artıb

24 noyabr 2022-ci il tarixində Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

Bankr.az-a MB-dən bildirilir ki, hərracda tələb 42.2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib.

Beləliklə, noyabrın ilk yeddi valyuta hərracında 345.1 mln. ABŞ dolları satılıb ki, bu da öncəki ayın eyni göstəricilərindən 21% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

ARDNF yerli banklara ilin əvvəlindən bu günkü valyuta hərracına qədər 4 milyard 486.5 milyon dollar satmış olub.

 

Son xəbərlər
Digər xəbərlər