17 may 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb $38.5 mln. təşkil edib və tam təmin edilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.