Azərbaycanda ARDNF-in banklara satdığı valyutanın həcmi kəskin azalıb.
Bu barədə Banker.az-ın Mərkəzi bankdan əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, 2023-cü ilin ilk ayında 8 valyuta hərracı keçirilib, onların ikisində heç bir tələb olmayıb.
Ümumilikdə yanvar ayında 188.6 milyon dollar satılıb ki, bu da aylıq müqayisədə 68% aşağı rəqəmdir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında banklar tərəfindən ARDNF-dən 595.9 milyon ABŞ dolları valyuta alınmışdı.