10 C
Baku
Thursday, December 12, 2024

Valyuta hərraclarında dollar satışı oktyabrda 12% artıb

Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracında 2023-cü ilin oktyabr ayında kommersiya banklarına 291.8 milyon ABŞ dolları satılıb.

Bunu Banker.az oktyabr üzrə keçirilən valyuta hərraclarına istinad edir.

Məlumata əsasən, valyuta hərraclarında banklara satışlar öncəki aydan 12 faizdən çoxdur.

Qeyd edək ki, valyuta hərraclarının əsasən böyük hissəsini Azərbaycan Respublikası Dövlət Neft Fondu qarşılayır. Sentyabr ayında 259.8 milyon dolların 164.5 milyon dollarını ARDNF qarşılamışdı.

Bununla da, ilin ilk 10 ayında banklara 2 milyard 847.7 milyon ABŞ dolları satılıb və bu da 2022-ci ilin müvafiq dövründən 1 milyard 293.7 milyon dollar və ya 31% azdır.

312312312312

Son xəbərlər
Digər xəbərlər