Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama verib.
Banker.az xəbər verir ki, ARDNF tərəfindən 2017-ci ilin iyul ayı ərzində 253,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır. Bu isə son 3 ayda ən aşağı göstəricidir.
Dövlət Neft Fondunu ilin 7 ayında ümumilikdə 1 milyard 939 milyon 900 min ABŞ dolları satıb.
Xatırladaq ki, ARDNF tərəfindən, yanvar ayı ərzində – 285 mln. USD, mart ayı ərzində 250 milyon USD, fevral ayı ərzində – 258,4 mln. USD, aprel ayı ərzində – 220,8 mln. USD, may ayı ərzində 300,3 mln. ABŞ dolları və iyun ayı ərzində 373,2 milyon ABŞ dolları satılmışdı.