9 C
Baku
Friday, December 13, 2024

Valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi – Yeni Qanun

Valyuta mübadiləsi fəaliyyətinə görə kapital tələbi qoyulub.

Banker.az xəbər verir ki, yeni qərara əsasən, valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

  • Həmçinin, valyuta mübadiləsi əməliyyatı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək. Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satılması, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alarkən şəxsiyyəti təsdiq edən sənəd tələb ediləcək.
  • Valyuta mübadiləsi məntəqəsində bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 min manat və ona ekvivalent məbləğdə müəyyənləşib.

 

 

 

Son xəbərlər
Digər xəbərlər